Fabreqas B Seriyası klubu ilə sözləşmə imzaladı

22:32 - 1 Avqust 2022

"Monako"dan ayrılan Sesk Fabreqasın yeni klubu rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək. 35 yaşlı futbolçu B Seriyasında mübarizə aparan "Komo" klubu ilə 2 illik müqavilə imzalayıb. Məlumatı klubun rəsmi saytı yayıb.

 

Qeyd edək ki, Fabreqas 2019-cu ildən "Monako"da çıxış edirdi. İspaniya millisinin sabiq üzvü son mövsümdə "knyazlıq" klubunun heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti