Konfrans Liqası: "Neftçi"nin pley-offda qarşılaşa biləcəyi rəqib bəlli olur

10:23 - 2 Avqust 2022

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə "Neftçi"nin də rəqibi dəqiqləşəcək.

Paytaxt klubu üçüncü təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) klubunu turnirdən kənarlaşdırarsa, səpələnməmişlər səbətində yer alacaq.

Pley-off mərhələsinin ilk görüşləri avqustun 18-də, cavab qarşılaşmaları isə avqustun 25-də keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

"Neftçi" pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək.

"Nitsa" (Fransa)

"Hayduk" (Split, Xorvatiya) – "Vitoriya" (Gimaraynş, Portuqaliya) cütünün qalibi

"Vaduts" (Lixtenşteyn) – "Konyaspor" (Türkiyə) cütünün qalibi

"Vikinq" (Norveç) – "Slayqo Rovers" (İrlandiya) cütünün qalibi
 

Xəbər xətti