"Zirə"nin fəxri prezidenti Özbəkistanın idman inkişaf naziri ilə görüşdü - FOTO

13:05 - 2 Avqust 2022

Özbəkistanda səfərdə olan Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov Özbəkistanın idmanın inkişafı naziri Adxam İkramov ilə görüşüb.

Sportal.az xəbər verir ki, görüşdə futbol və minifutbolun inkişafı sahəsində əməkdaşlıq potensialına, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqələndirməklə dövlət-özəl tərəfdaşlığı formatında idman infrastrukturunun yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Xəbər xətti