"Nottingem Forest" yeni mövsüm üçün 12-ci transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu Almaniyanın "Ştutqart" klubundan Orel Manqala ilə anlaşıb.
İngilislər belçikalı yarımmüdafiəçi üçün 13 milyon avro ödəyib.
Belçika yığmasında 2 oyun keçirmiş yarımmüdafiəçi 2018/19 mövsümündə icarə əsasında “Hamburq”da da oynayıb.
