"Qalatasaray" növbəti transferini açıqladı

15:29 - 2 Avqust 2022

"Qalatasaray" yeni transferini açıqlayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın "Alkmaar" klubundan Fredrik Midtsyonu heyətinə qatıb.

Norveçli ilə 3 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi Niderland klubunda 195 matça çıxıb, 7 qol vurub, 31 assist edib.

Xəbər xətti