Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Aytaç kara ilə yollarını ayırıb. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Qalatasaray" Aytaç Karanı 2021-ci ilin yayında transfer etmişdi. Təcrübəli futbolçu son mövsümün ikinci yarısını icarə əsasında "Göztepe"də keçirib.
saytlarin hazirlanmasi