"Fernetsvaroş" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan əvvəl keçirilən mətbuat konfransında Macarıstan təmsilçisinin futbolçusu Tokmac Nquen açıqlama verib:
- Baş məşqçi məsafədən şikayətlənmişdi. Sizin bu barədə fikriniz necədi və matçla bağlı nə düşünürsüz?
- Hər şey qaydasındadı. Hər iki komanda eyni şəraitdə oynayacaq. "Qarabağ" yaxşı komandadı. Yaxşı hücumameyilli futbolçuları var. Bu mərhələdə pis komanda olmur. Sabah yaxşı olacağını düşünürəm.
- "Qarabağ"ın heyətində olan itkilərdən xəbəriniz var. Bu, sizin işinizə nə dərəcədə yaraya bilər?
- "Qarabağ"ın itkiləri barədə məlumatım yoxdu. İtkilərin nədən ibarət olmasına baxmayaraq, "Qarabağ" çox yaxşı komandadı.
Mirbağırağa
saytlarin hazirlanmasi