"Beşiktaş" "Vest Hem"in müdafiəçisini transfer etdi

20:30 - 2 Avqust 2022

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Vest Hem"in sol cinah müdafiəçisi Artur Masuakunu transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.

 

Super Liqa təmsilçisi konqolu futbolçunu 1 illik icarəyə götürüb. İcarə müddəti bitdikdən sonra "Beşiktaş" 28 yaşlı oyunçunu birdəfəlik almaq hüququna sahibdir.

 

Qeyd edək ki, "Vest Hem" Artur Masuakunu 2016-cı ilin yayında "Olimpiakos"dan transfer edib. Təcrübəli cinah müdafiəçisi son mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti