"Qalatasaray"dan ayrılan futbolçu İstanbulun digər klubuna keçdi

21:15 - 2 Avqust 2022

"Qalatasaray"la yollarını ayıran Aytaç Karanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi İstanbulun digər təmsilçisi "Kasımpaşa"ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Təcrübəli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Aytaç Kara "Qalatasaray"a 2021-ci ilin yayında məhz "Kasımpaşa"dan ayrıldıqdan sonra azad agent statusu ilə keçmişdi.

Xəbər xətti