Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları start götürüb.
Sportal.az xəbər verir ki, “Şerif” evdə “Viktoriya”(Plzen) ilə qarşılaşıb.
Matç çexiyalıların 2:1 hesablı qələbəsilə yekunlaşıb. “Qarabağ” “Ferentsvaroş” səddini keçərsə, pley-off mərhələsində bu cütün qalibi ilə üz-üzə gələcək.
“Şerif” – “Viktoriya” 1:2
Qollar: İbrahim Raşed 36 (p) – Tomas Çori 41 (p), Pavel Buxa 55
