"Dinamo" Mahirsiz qazandı

23:42 - 2 Avqust 2022

Milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Zaqreb klubu səfərdə “Ludoqorets”i üstələyib. Razqrad klubunun oyundakı böyük üstünlüyünə baxmayaraq, Emrelinin komandası rəqibini 2:1 məğlub edib. Millimizin forvardı zədəli olduğundan Bolqarıstana aparılmayıb.

“Ludoqorets” – “Dinamo” 1:2
Qollar:
Tekpetey 22 – Periç 6, Padt 9 (avtoqol)

 

Xəbər xətti