"Neftçi" daha bir futbolçunun keçidini həll edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi müqavilə ilə Türkiyənin "Başakşehir" klubuna məxsus olan 22 yaşlı müdafiəçini icarə əsasında daha 1 il heyətinə qatıb.
O, 2 nömrəli formanı geyinəcək.
Azərbaycan millisinin üzvü 2020-ci ildən ötən mövsümün sonuna qədər "Neftçi"də çıxış etdikdən sonra bu yay "Başakşəhər"ə qayıtmışdı.
