"Ferentsvaroş"un futbolçusu: "Qarabağ" bura qədər gəlibsə, demək ki, yaxşı komandadı"

11:40 - 3 Avqust 2022

"Ferentsvaroş"un futbolçusu Anderson Esiti klubun rəsmi saytına açıqlama verib.

Sportal.az xəbər verir ki, Macarıstan klubunun üzvü Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək oyunu haqda danışıb: "Yaxşı stadiondu, tarixi arenaya bənzəyir. 

Biz bura öz oyunumuzu göstərməyə və ən yaxşısını etməyə gəlmişik. “Qarabağ” ÇL-də bura qədər gəlibsə, demək ki, döyüşkən və yaxşı komandadı. Pley-off mərhələsinə vəsiqə qazanmaq üçün iki matçımız var və ilk növbədə diqqətimizi birinci oyuna yönəltməliyik. Ağıllı oynamalı, hər şeyimizi verməliyik. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik".

​28 yaşlı nigeriyalı futbolçu “Gent”, PAOK, “Göztəpə”də oynadıqdan sonra 2022-ci ildə bu kluba keçib.

Xəbər xətti