Azərbaycan millisinin heyəti açıqlandı

12:20 - 3 Avqust 2022

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, Pərviz Səmədovun rəhbərlik etdiyi kollektivdə 14 voleybolçuya şans verilib.

Millimiz bu gün Danimarka ilə üz-üzə gələcək. Görüş 18:00-da start götürəcək. 

Baş məşqçi: Pərviz Səmədov

Məşqçilər: Mixail Solovyov, Akif Vəliyev

Oyunçular: Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev, Kənan Allahverdiyev.

​Xatırladaq ki, yığmamız Danimarka ilə ikinci oyununu avqustun 20-də keçirəcək. Türkiyə ilə matçlar isə 6-17 avqustda oynanılacaq.

Xəbər xətti