"Neftçi"nin rəqibi Bakıya gəlir - FOTOLAR

12:04 - 3 Avqust 2022

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid"i Bakıya uçub.

Sportal.az xəbər verir ki, Avstriya klubu Vyanadan Bakıya 2800 km yol qət edəcək.

Bu gün saat 19:15-də Vyana təmsilçisinin çalışdırıcısı Ferdinand Feldhoferin "Bakcell Arena"da mətbuat konfransı keçiriləcək. 20:00-da isə komanda oyunöncəsi ilk məşqini keçirəcək.

"Neftçi"- "Rapid" matçı avqustun 4-də Bakıda, cavab görüşü isə avqustun 11-də Vyanada keçirəcək.

 

 

 

 

 

Xəbər xətti