"Arsenal"dan ayrıldı, Londonda qalacaq - FOTO

14:11 - 3 Avqust 2022

Almaniya millisinin qolkiperi Bernd Leno "Arsenal"dan ayrılsa da, Londonda qalacaq.

Sportal.az xəbər verir ki, 30 yaşlı qapıçı "Fulhem"lə anlaşıb.

O, London təmsilçisi ilə 2+1 illik müqaviləyə qol çəkib. "Arsenal" Lenonun satışından 3,6 milyon avro gəlir əldə edib. 

Almaniyalı 2018-ci ildə "Bayer"dən (Leverkuzen) "Arsenal"a keçmişdi. 

Xəbər xətti