"Ferentsvaroş" "Qarabağ"la oyundan əvvəl iştirak ərizəsində dəyişiklik etdi

15:27 - 3 Avqust 2022

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş” oyun öncəsi iştirak ərizəsində dəyişiklik edib.

Sportal.az “Nemzeti Sport”a istinadən xəbər verir ki, Macarıstan klubu Ksavye Mersye və Forçun Bessinin adını iştirak ərizəsindən çıxarılıb.

Onların əvəzinə isə zədəsini sağaltmış Rayan Mmae və Markinyos əlavə edilib.

Markinyosun adı birinci mərhələnin “Tobol”la oyunları üçün iştirak ərizəsinə daxil edilsə də, “Slovan”la matçlar öncəsi ərizədən çıxarılmışdı.

“Qarabağ” – “Ferentsvaroş” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda 20:00-da keçiriləcək.

Xəbər xətti