2030-cu ildə keçirilən dünya çempionatına ev sahibliyi etmək istəyən ölkələrin adı dəqiqləşib.
Sportal.az "KONMEBOL"a istinadən xəbər verir ki, Argentina, Çili, Uruqvay və Paraqvay birlikdə 8 il sonra baş tutacaq mundiala ev sahibliyi etmək niyyətindədi. Onlar bununla bağlı FIFA-ya namizədliyini irəli sürüb.
İspaniya və Portuqaliya da DÇ-2030-u keçirməyə iddialıdı.
