"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Macarıstanın "Ferentsvaroş" klubu ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç "CBC Sport" kanalına açıqlama verib. Təcrübəli futbolçu çətin rəqibə qarşı oynadıqlarını deyib:
"Öz oyunum haqda danışmağı xoşlamıram. Çətin rəqibə qarşı oynadıq. Bir az əziyyət çəkdik. İndi rəqibi yaxşı tanıyırıq. Oyunu təhlil edəcəyik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".
saytlarin hazirlanmasi