"Arsenal"ın hücumçusu Fransa klubunda

10:45 - 4 Avqust 2022

Fransanın "Reyms" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Arsenal"dan Folarin Baloqunu heyətinə cəlb edib. 21 yaşlı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Reyms"də keçirəcək.

 

Qeyd edək ki, Folarin Baloqun son mövsümün ikinci yarısını icarə əsasında "Midlzbro"da keçirib. Gənc forvard Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti