"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Ferentsvaroş" klubu ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra Budapeşt təmsilçisinin qapıçısı Dibus Denes açıqlama verib. O, "Qarabağ"ın yaxşı komanda olduğunu deyib:
"İkinci hissədə hesabı qorumağa önəm verdik. Hava çox isti oldu. Qarşılaşma “Qarabağ”ın xeyrinə bitə bilərdi. Onların şansları var idi. Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bəxtimiz gətirmədi. “Qarabağ”ın yaxşı komanda olduğunu gördük. Bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Azarkeşlərimizin önündə qalib gəlməyə çalışacağıq”.
saytlarin hazirlanmasi