Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Lester Siti"nin qapıçısı Kasper Şmeyxeli transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
35 yaşlı "əlcək sahibi" ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Kasper Şmeyxel 2011-ci ildən "Lexter Siti"də çıxış edirdi. Danimarka millisinin üzvü son mövsümdə "tülkülər"in heyətində meydana çıxdığı 53 matçda 79 qol buraxıb.
saytlarin hazirlanmasi
