Moldovanın "Şerif" klubu baş məşqçi Roberto Bordini istefaya göndərib.
Sportal.az xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
58 yaşlı mütəxəssis bu ilin yanvar ayından "Şerif"in baş məşqçisi idi.
Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyun ayından 2020-ci ilin yanvarınadək "Neftçi"ni çalışdırıb.
saytlarin hazirlanmasi