Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "İstra"nı qəbul edir.
Komandaların bu görüşdə meydana çıxacağı "11-liklər" məlum olub. Azərbaycanlı hücumçu matça start heyətdə başlayacaq.
Qeyd edək ki, "Dinamo" - "İstra" qarşılaşması Bakı vaxtilə saat 19:15-də başlayacaq.
saytlarin hazirlanmasi