Futbol üzrə Xorvatiya çempionatında 10-cu turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "İstra"nı qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının 2-ci qolunun məhsuldar ötürməsini edib.
Xallarını 19-a yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi