Renat Dadaşovun dublu "Hatayspor"a qələbə qazandırdı - VİDEO

22:57 - 8 Oktyabr 2023

Türkiyə Super Liqasında 8-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Konyaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. O, O, komandasının ilk iki qolunun müəllifi olub.

Xallarını 14-ə yüksəldən "Hatayspor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti