Millimizə 4 qol vuran hücumçu üçün 37 milyon funt-sterlinq tələb edirlər

15:36 - 22 Noyabr 2023

"Çelsi" icarə əsasında "Roma"da çıxış edən Romelu Lukanunu birdəfəlik satmaq istəyir.

Sportal.az xəbər verir ki, London təmsilçisi mövsümün sonunda 30 yaşlı hücumçu üçün gələcək təklifləri dəyərləndirəcək. Bu barədə "Standard" nəşri məlumat yayıb.

Paytaxt klubu belçikalı forvard üçün 37 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, Romelu Lukaku Belçika millisinin Azərbaycanı 5:0 hesabı ilə məğlub etdiyi matçda yığmamızın qapısına 4 qol vurub.

Xəbər xətti