"Mançester Yunayted" qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunuçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin gündəmində olan futbolçulardan biri "Bavariya"da çıxış edən Tomas Müllerdir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq 34 yaşlı hücumçunu sərəncamında görmək istəyir. "Mançester Yunayted" yanvar ayında təcrübəli forvard üçün Münhen klubuna təklif göndərəcək.
Qeyd edək ki, Tomas Müller "Bavariya"nın yetirməsidir. Alman forvard cari mövsümda komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi mövsümün sonunda bitir.
saytlarin hazirlanmasi