Azərbaycanlı hakimlər "Bavariya" - "Kopenhagen" matçını idarə edəcək

17:55 - 22 Noyabr 2023

Azərbaycanlı hakim Elçin Məsiyev növbəti beynəlxalq təyinat alıb.

Sportal.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının A qrupunda “Bavariya” (Almaniya) – “Kopenhagen” (Danimarka) oyununu idarə edəcək.

Ona Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Michael Bacher (Almaniya) yerinə yetirəcək.

"Bavariya" - "Kopenhagen" qarşılaşması noyabrın 29-da Münhendə keçiriləcək.

Xəbər xətti