Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo iflas olub.
Sportal.az xəbər verir ki, "Barselona"nın sabiq yarımmüdafiəçisi maddi problemlər yaşayır və onun xeyli miqdarda borcu var. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Braziliyalı vergi idarəsi uldzu futbolçunun bank hesablarını yoxlayıb. Lakin hesablarda pul olmayıb. Bundan sonra aidiyyatı qurumlar Ronaldinyonun iki mülkünü müsadirə edib.
Qeyd edək ki, Ronaldinyo 2020-ci ildə Paraqvaya saxta pasportla getdiyi üçün orada bir müddət həbsdə qalmışdı.
saytlarin hazirlanmasi