"Barselona" Qaviyə əvəzləyici tapdı

20:20 - 22 Noyabr 2023

Qavi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağı üçün "Barselona" onun mövqeyinə oyunçu axtarır.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi "Tottenhem"in yarımmüdafiəçisi Covani Lo Çelsonu komandasında görmək istəyir. Bu barədə "Sport" nəşri məlumat yayıb.

"Barselona" argentinalı futbolçunu icarəyə götürmək üçün yanvar ayında onun klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Tottenhem" Covani Lo Çelsonu 2019-cu ilin yayında "Betis"dən transfer edib. 27 yaşlı orta xətt oyunçusu cari mövsümdə London təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti