Fransanın PSJ klubu mövsümün əvvəlində "Benfika"dan icarəyə götürdüyü Qonçalo Ramosla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı forvardın transfer hüququna yiələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
PSJ Portuqaliya millisinin üzvü üçün Lissabon təmsilçisinə 65+15 milyon avro ödəyəcək. Hücumçu Liqa 1 təmsilçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Qonşalo Ramos PSJ-nin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi