"Mançester Yunayted" komandadan göndərmək istədiyi Ceydon Sançenin alternativini tapıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Napoli"də çıxış edən Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir. Bu barədə "Sport Bible" məlumat yayıb.
"Qırmızı şeytanlar" gürcü vingeri qışda rənglərinə qatmağı planlaşdırır. Klub rəhbərliyi Xviça üçün Neapol təmsilçisinə rəsmi təklif göndərəcək.
"Mançester Yunayted"dən başqa "Çelsi", "Mançester Siti" və "Nyukasl"da 22 yaşlı ön xətt oyunçusu ilə maraqlanır.
Qeyd edək ki, Xviça Kvaratsxeliya cari mövsümdə "Napoli"nin heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi