"Füzuli" "Göygöl"ü məğlub etdi

15:40 - 23 Noyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XII turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.

"Füzuli" öz meydanında "Göygöl"ü qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünən "Ağdaş" öz meydanında "Dinamo"nu 3:1 hesabı ilə məğlub edib. Turun digər oyunları sabah keçiriləcək.

Xəbər xətti