Renat "Hatayspor"a kömək edə bilməyəcək

12:54 - 1 Dekabr 2023

Bu gün Türkiyə Super Liqasında 14-cü tura start veriləcək.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Antalyaspor"u qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Renat bu oyunda komandasına kömək edə bilməyəcək. 24 yaşlı forvard mövsüm ərzində 4 sarı vərəqə aldığı üçün cəzalı durumdadır.

Qeyd edək ki, 13 turdan sonra 17 xal toplayan "Hatayspor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti