Dünya futbolunun əfsanələrindən hesab olunan Lionel Messi və Kriştiano Ronaldo yenidən yaşıl meydanda üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, argentinalı hücumçunun formasını geyindiyi "İnter Mayami" ilə portuqaliyalı ulduzun şərəfini qoruduğu "Əl Nəssr" yoldaşlıq görüşündə qarşılaşacaq. Bu barədə ABŞ təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"İnter Mayami" yeni mövsümün hazırlığı çərçivəsində Səudiyyə Ərəbistanının paytaxtı "Ər Riyad"da iki yoxlama matçı keçirəcək. MSL təmsilçisi 2024-cü ilin yanvarın 29-da "Əl Hilal", fevralın 1-də isə "Əl Nəssr"lə üz-üzə gələcək.
Ulduz futbolçular indiyə kimi müxtəlif klubların heyətində 38 dəfə rəqib olublar. Bu oyunlarda Messi 17, Ronaldo 11 dəfə qələbəyə sevinib, 10 matçda isə qalib müəyyənləşməyib.
saytlarin hazirlanmasi
