"Barselona"nın futbolçusu Rafinya yenidən Premyer Liqaya qayıda bilər.
Sportal.az xəbər verir ki, braziliyalı vingerin xidmətində "Mançester Yunayted" maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" 26 yaşlı ön xətt oyunçusu üçün Kataloniya təmsilçisinə Ceydon Sançonu və müəyyən məbləğdə pul təklif edəcək.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi