"Barış Şimşək bizim klub rəhbərlərinə minnətdar olsun ki, arada 1-2 bəyanatla kifayətlənirlər"

18:34 - 13 Dekabr 2023

Tanınmış jurnalist Anar Xanlarov sosial şəbəkə hesabında paylaşım edərək Türkiyədə hakimin döyülməsi olayına toxunub.

Sportal.az xəbər verir ki, o, paylaşımında AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə bağlı da fikirlərini bildirib. Jurnalistin yazısını diqqətinizə çatdırırıq:

"Bir klub prezidentinin meydançaya daxil olaraq hakimi vurması qəti qəbuledilməzdi və bunu edən şəxsləri futboldan uzaqlaşdırmaq lazımdı, bu, öz yerində. Amma bu faktın özü Türkiyədə hakimliyin hansı biabırçı həddə olduğunun növbəti sübutudur. Biz də gedib həmin biabırçılığın içindən birini gətirib Hakimlər Komitəsinə sədr qoyuruq ki, bizim hakimliyi ağ günə çıxarsın? Barış Şimşək bizim klub rəhbərlərinə minnətdar olsun ki, arada 1-2 bəyanatla kifayətlənirlər".

Qeyd edə ki, Türkiyə Super Liqasının 15-ci turunun "Ankaragücü" - "Rizespor" matçından (1:1) sonra meydan sahiblərinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.

Xəbər xətti