8 qol vuruldu, qalib müəyyənləşmədi - VİDEO

20:21 - 15 Dekabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XIV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Lerik" öz meydanında "Dinamo"nu qəbul edib. Qarşılaşma 4:4 hesablı bərabərliklə başa çatıb.

14 turdan sonra 16 xal toplayan "Dinamo" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 12 xalı olan "Lerik" isə 11-ci yerdədir.

"Lerik" - "Dinamo" 4:4
Qollar: 
Vüsal Nuriyev, 10, 58, Valid Yusubzadə, 45+3, 90 - Elmin Əskərli, 4, Ziya Məmmədli, 25, Şahin Əliyev, 27, 47

Xəbər xətti