Azərbaycan çempionatında ilk günün qalibləri məlum oldu

21:05 - 15 Dekabr 2023

Bu gün qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının ilk yarış günü keçirilib.

Sportal.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu tatamiyə çıxıb.

Qadınlar arasında -48 kq. və -63 kq. çəki dərəcələrində, kişilər arasında isə -60 kq. və -81 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşib.

Qeyd edək ki, 3 gün davam edəcək çempionatda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. 

Qalibləri təqdim edirik:

Qadınlar

-48 kq. 
1. Şəfəq Həmidova
2. Ramilə Əliyeva 
3. Xumar Qasımzadə
3. Leyla Dəmirova

-63 kq. 
1. Leyla Əliyeva 
2. Kamilla Töhöliyeva
3. Diana Şoranova
3. Leyla Atayeva

Kişilər

-60 kq. 
1. Nazir Talıbov
2. Babarəhim Mirzəyev
3. Hüseyn Allahyarov
3. Kənan Hüseynov

-81 kq. 
1. Məmmədrza Hacızadə
2. Kərim Allahverdiyev
3. Ömər Rəcəbli
3. Qədir Hüseynov

Xəbər xətti