Futbol üzrə Azərbaycan II Liqasında XIV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" doğma meydanda "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 23-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 4 xalı olan "Şəfa" isə sonuncu yerdədir.
"Şəki Siti" - "Şəfa" 5:0
Qollar: Ravil Yusifli, 10, 67, Osman Sultanov, 45, Ceyhun Rəcəbli, 77, Süleyman Rauflu, 83 (pen)