Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı

10:15 - 17 Dekabr 2023

Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov bürünc medal əldə edib.

Hidayət üçüncü yer uğrunda mübarizədə gürcüstanlı idmançı Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medal qazanıb.

Xəbər xətti