"Ola bilsin hansısa tanınmış məşqçinin yanında təcrübə keçməyə yollandım"

18:42 - 17 Dekabr 2023

Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Abışov futbolçu karyerasını başa vurub.

36 yaşlı mərkəz müdafiəçisi ilə əlaqə saxlayıb hazırda nə işlə məşğul olduğu barədə maraqlandıq. Sportal.az saytına danışan Abışov gələcək planları haqda danışdı. O, məşqçilik və idarəetmə sahəsində seminarlara qatılacağını bildirdi:

"Hazırda fərdi dil kurslarına yazılmışam. İstəyirəm ingilis dilini təkmilləşdirim. Bundan sonra isə həm məşqçilik, həm də idarəetmə sistemi ilə bağlı müəyyən seminarlara qatılmağı planlaşdırıram. Tələsmək fikrim yoxdur. Öyrənməli çox şey var. Ola bilsin yaxın zamanlarda hansısa tanınmış məşqçinin yanında təcrübə keçməyə də yollandım".

Elçin Əlixan

Xəbər xətti