"Zirə" Tovuzdan 3 xalla qayıdır

21:24 - 17 Dekabr 2023

Futbol üzrə Əvəzedicilər Liqasında 17-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Turan Tovuz-2" öz meydanında "Zirə-2"ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 28-ə yüksəldən "Zirə-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 7 xalı olan "Turan Tovuz-2" isə sonuncu yerdədir.

17 dekabr

"Turan Tovuz-2" - "Zirə-2" - 0:3
Qollar:
Mahmud Ağayev, 54 Səlim Həşimov, 77, Tamerlan Burcəliyev 90+2

Xəbər xətti