“Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard Səudiyyə Ərəbistanı liqasına əcnəbi hakimlərin dəvət edilməsinin tərəfdarı olduğunu bildirib.
Sportal.az xəbər verir ki, ingilis mütəxəssis bunu “Əl-Taavun”a (0:2) məğlubiyyətdən sonra deyib:
“Məncə, əcnəbi hakimlər dəvət edilməlidir. Klublar əcnəbi hakimlərin dəvət olunması üçün hər şeyə hazırdı. Son matçda haqsız penalti ilə cəzalandırıldıq. Amma bütün digər məsələlərdə matç bərabər səviyyədə keçdi. Əllə oyundan sonra hakim xeyrimizə penalti vermədi, “Əl-İttifaq”ın rəqiblərinin qapısına penalti təyin etməmək dəbi davam edir”.
Qeyd edək ki, "Əl-İttifaq" 17 turdan sonra 24 xalla 8-ci pillədədir.
saytlarin hazirlanmasi