"Real" "Qalatasaray"ın ulduzunu transfer etmək istəyir

15:30 - 20 Dekabr 2023

"Qalatasaray"ın hücumçusu Mauro İkardl karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, argentinalı hücumçunun xidmətində "Real" maraqlıdır. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Kral klubu" qış transfer pəncərəsi zamanı 30 yaşlı forvard üçün Türkiyə klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Mauro İkardi cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti