Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postuna yenidən təcrübəli mütəxəssis Faiq Qarayev təyin olunub.
Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
F.Qarayev müxtəlif illərdə millimizi çalışdırıb və ölkəmizin bir çox tanınmış voleybolçusunu yetişdirib. Onun rəhbərliyi ilə komandamız bir sıra beynəlxalq yarışlarda iştirak edib və mühüm nailiyyətlər qazanıb.
Yığmamızın baş məqşçisi Faiq Qarayev hazırda AVF-nin vitse-prezidenti vəzifəsində çalışır və Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.
saytlarin hazirlanmasi