"Bavariya"nın futbolçusu Yozua Kimmix komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, Avropanın 4 nəhəng klubu alman yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Mançester Yunayted", "Mançester Siti", "Liverpul" və "Barselona" Münhen təmsilçisi ilə 1,5 illik müqaviləsi qalan futbolçunu transfer etmək istəyir. "Mançester Yunayted"in 28 yaşlı orta xətt oyunçusunun transferində daha şanslı olduğu bildirilir.
Qeyd edək ki, "Bavariya" Yozua Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi