Dirk Küytün yeni iş yerinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis Belçikada işləyəcək. 43 yaşlı məşqçi "Beershot"u çalışdıracaq. Bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Küytlə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Dirk Küyt daha əvvəl ölkəsində "Ado Den Haaq"ın baş məşqçisi olub.
saytlarin hazirlanmasi