Futbol üzrə Polşa çempionatında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" səfərdə "Korona"nın qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 22:00-da başlayacaq.
Azərbaycanlı futbolçu bu görüşdə Polşa çempionatında debüt edə bilər.
Rahil Məmmədov yanvar ayında "Qarabağ"dan "LSK Lodz"a keçib. 28 yaşlı mərkəz müdafiəçisi Polşa klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "LKS Lodz" ölkə çempionatında 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi